Məmurlar fəalları təhdid edib və onlardan təhlükəsizlik polisi idarələrinə getmələrini istəyiblər.
Onlar 100-dən çox fəalla telefon əlaqəsi saxlayıb, onlara Urmu gölünün qurudulmasına qarşı bu gün yerli vaxtla axşam saat 18:00-a təyin olunan aksiyalara qatılmamaları barədə xəbərdarlıq ediblər.
Məmurların zəng edərək təhdid etdiyi fəallar arasında Mikayıl Qulipur, Huşəng Nəğizadə, Əta Kərimi, Əmir İbrahimlu, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari və başqaları var.
Fəalların rəsmi çağırış vərəqəsi tələbinə cavab olaraq ETTELAAT məmurları onlara qarşı cinayət işinin açılacağını bildirib və həbs olunacaqlarını deyiblər.
Bununla yanaşı başqa şəhərlərdə, o cümlədən Təbrizdə də fəallara zəng edilib və onların aksiyaya qatılmamaları barədə xəbərdarlıq olunub.
Fəallar bu gün güneyli idmançı Kərim İsmayılzadəyə zəng olunduğunu bildirirlər.