Vaxt.Az

Qriqoryanın suçu


 

Ermənistanda söz azadlığı ola bilər, amma fikir azadlığı yoxdur

Qriqoryanın suçu Siyasi prosesləri izləyən tamaşaçılara kifayət qədər yaxından tanış olan erməni prodüser və aparıcı Armen Qriqoryan dünən İrəvanda məhkəmə zalında, barəsində başlanmış cinayət işinə baxış prosesində vəfat edib.

Maraqlıdır, bəs bu tanınmış insan nədən həbs edilmiş, suçu nə imiş ki, barəsində cinayət işi başlanmışdı? 

Həqiqətən çox ilginc bir səbəb varmış – Armen Qriqoryan bu ilin mayında vətəndaşların milli ləyaqətini alçaltmaq ittihamı ilə həbs edilibmiş. İstintaqın fikrincə aparıcı müsahibələrinin birində “Şirak və Ararat bölgələrinin sakinlərinin milli ləyaqətini alçaldıb, onların milli mənsubiyyətini şübhə altına alıb”. Qriqoryan onları həm də “türk” adlandırıbmış. Cinayət işi bundan ibarət imiş. Nəhayətdə adam məhkəmə zalında həyatını itirib.

Ermənistan dünya reytinqlərində, nə bilim hansısa təşkilatların qrafiklərində bizdən qat-qat demokratik ölkə kimi dəyərləndirilir, xüsusən 2018-ci il “məxməri” inqilabından sonra. Deyilir ki, orada söz azadlığı var, amma məsələ cəmiyyətin mahiyyətindədir, boş qrafiklərdə yox. 

Bir dəfə yazmışdım ki, Ermənistanda ola bilsin söz azadlığı var, amma fikir azadlığı yoxdur. 

P.S. Bizdə “N qədər” “azərbaycanlılar belədir-elədir”, “azərbaycanlılar onu bacarmır, bunu bacarmır” və s. kimi ifadələr işlədən, məqalələr yazan, qısası istədiyini deyən adamlar/yazarlar olub, heç birinin məhkəməyə cəlb edilməsini nə gördüm, nə eşitdim.

 





16.07.2022    çap et  çap et