Vaxt.Az

Rusiya dağılmağa doğru


 

Qərbin siyasi və beyin mərkəzlərindəki müzakirələr Kremllə bərabər daha kimləri qorxudur

Rusiya dağılmağa doğru Rusiyada maaşların gecikdirilməsi başlayıb, belə ki RF-nin bir sıra əyalət şəhərlərində büdcə işçiləri aylarla maaş ala bilmir. Acınacaqlı hal tək büdcə təşkilatlarında yox, özəl şirkətlərdə də müşahidə olunur. Bu azmış kimi, təhsil və tibb işçilərinin indiyəcən aldığı maaşa əlavələr kəsilib.

İqtisadçı ekspertlər deyir ki, büdcədəki pul çatışmazlığı Rusiyaya qarşı sanksiyaların ilkin nəticəsidir, müharibənin və sanksiyaların əsl təsiri hələ sonra bilinəcək, pul yoxluğundan iş yerləri ixtisar olunacaq. Artıq rəhbərlikdən maaş tələbilə məhkəməyə müraciət edənlər var. Ən acınacaqlı halda olanlar krediti, ipotekası olanların, özəlliklə işsiz qalanlardır.

***

Bu arada ABŞ-ın Helsinki Komissiyası kimi tanınan Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası “Rusiyanın dekolonizasiyası” adı altında Rusiya Federasiyasının parçalanması ilə bağlı dinləmələr keçirib. Amerikalı ekspertlər bu mövzunu “mənəvi və strateji imperativ” adlandırıblar. Müzakirə iştirakçıları Rusiya Federasiyasının ərazisində Sibir, Uzaq Şərq, Saxa, Buryatiya kimi yeni respublikaların yaranmasını təklif ediblər. Şimali Qafqazın da Rusiyadan ayrılması təklif olunur. Bütövlükdə isə Rusiya adı altında Rusiya Federasiyasının Avropa ərazisinin bir hissəsinin qalması təklif olunur. 

May ayından başlayaraq Rusiyanın parçalanması Qərbin siyasi və beyin mərkəzlərində geniş müzakirə olunur. Bu müzakirələr Moskvada isterikaya səbəb olduğu kimi, Rusiyanın Azərbaycandakı casus şəbəkəsini də qorxudur. Rusiyanın dağılacağı halda KQB-nin arxivindəki dosyelərinin üzə çıxacağından qorxuya düşənlər Rusiyanın terrorçu siyasətini ifşa edənlərə qarşı qarayaxma kompaniyası həyata keçirirlər.

 





16.07.2022    çap et  çap et