Vaxt.Az

Neftimiz bahalaşdı...


 

... 6 dollardan çox

Neftimiz bahalaşdı...



CİF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 14-də 118,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,24 dollar/barel çoxdur.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 111,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel çoxdur.

 





16.07.2022    çap et  çap et