İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, iyulun 16-da Urmiya və Təbriz şəhərlərində çoxlu sayda türk fəal təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb.
Mikayıl Qalipur, Huşəng Nağızadə, Əta Kərimi, Əmir İbrahimli, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari iyulun 16-da səhər Urmiyənin təhlükəsizlik orqanları tərəfindən Urmiya gölü ilə əlaqədar etiraz aksiyasına qatılmamaları ilə hədələnən türk fəallar arasındadır.
Həmçinin Təbriz sakini olan Sara Turi öz “İnstagram” səhifəsində dəfələrlə təhlükəsizlik qüvvələrinin ona bilinməyən nömrələrdən zəng etdiklərini bildirib.
Təbrizdə Şahin Bərzigər axtarışa verilib və cənab Kərim İsmayılzadə ilə də əlaqə saxlanılıb, kəşfiyyat idarəsinə çağırılıb və hər hansı bir mitinqə qatılması haqda hədələnib.