Vaxt.Az

Həmas İsrailə raket atıb


 

Qarşı tərəf cavab olaraq Qəzzaya hücum edib, terrorçuların yeraltı anbarını partladıb

Həmas İsrailə raket atıb Şənbə günü İsrailin cənubunda hava sirenləri sakinlərə Qəzzadan raket hücumunun olacağı barədə xəbərdarlıq edib. İsrail bildirib ki, İsrailə dörd raket atılıb. Ordunun bildirdiyinə görə, onların birinin qarşısı alınıb, digər üçü isə açıq əraziyə düşüb.

İsrailin Müdafiə Qüvvəsi qırıcı təyyarə ilə cavab zərbəsi endirərək, Həmasın iki obyektini hədəf aldığını bildirib. Müdafiə Qüvvəsi obyektlərdən birinin “raketlərin istehsalı üçün istifadə olunan xam materialların saxlandığı yeraltı obyekt” olduğunu bildirib.

Həmas Qəzzə zolağını idarə edən terrorçu qrupdur.

Hücum ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində ilk dayanacağı olan İsraili tərk edəndən bir neçə saat sonraya təsadüf edib. Baydenin səfərinin məqsədi İsrailin regiona inteqrasiyasını dərinləşdirməkdir.

 





16.07.2022    çap et  çap et