Vaxt.Az

«Ukrayna qəhrəmanı»


 

Mustafa Krımoğluna fəxri ad verilməsi təklif olundu

«Ukrayna qəhrəmanı» Ukraynanın sabiq daxili işlər naziri, ölkə siyasətinin nüfuzlu simalarından Yuri Lutsenko Krımdakı Belbek hərbi hissəsinin komandiri Yuli Mamçur və Krım tatarlarının lideri, millət vəkili Mustafa Abdulcəmil Krımoğluna «Ukrayna qəhrəmanı» adının verilməsi təklifi ilə çıxış edib.

APA-nın «korrespondent.net» xəbər portalına istinadən verdiyi məlumata görə, Y. Lutsenko bazar günü Kiyev Maydanında çıxışı zamanı bu təklifin alqışlarla qarşılandığını söyləyib: «Mən prezident səlahiyyətlərinin icraçısı Turçinova gecikmədən Mustafa Cəmilov və Yuli Mamçura, işğal altındakı ərazilərdə Ukrayna müqavimətinin simvolları kimi, qəhrəman adının verilməsini təklif edirəm».

 





25.03.2014    çap et  çap et