Gürcüstan müxalifəti də Rusiyanın casus şəbəkəsinin ifşa edilməsini mübarizəsinin əsas istiqamətlrindən birinə çevirib. “Aqmaşenebeli Strategiyası”nın lideri Georgi Vaşadze, Gürcüstanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığını yerinə yetirənləri ifşa etməyə başlayıb. Vaşadze bildirib ki, Rusiyanın casus şəbəkəsi ABŞ-a və Avropa Birliyinə qarşı təbliğat aparır, Rusiyanın məğlubedilməzliyi mifini yayırlar.
Xristo Qrozev kimi Georgi Vaşadze də Kreml xəfiyyələrinin əsas hədəfinin Rusiyanın Ukraynadakı cinayətlərini ifşa edənləri nüfuzdan salmaq olduğunu qeyd edir. Vaşadze hesab edir ki, Rusiyanın casus şəbəkəsi bununla Moskvanın hərbi cinayətlərini məhkum edən ictimai rəyin yaranmasının qarşısını alırlar.