Uşaq yaşlarından ailəsini itirən Şah İsmayıl Səfəviyyə ordenin varisi olaraq bütün hamının göz bəbəyi idi. Hər kəs onu qorumaq, üçün canından belə keçməyə hazır idi.
Venessiya hökmdarı K.Laskarini Şah İsmayıl haqqında yazır: “...Doğrudanmı Sofi Şahı (Səfəvi) peyğəmbərdir? Doğrudanmı o, möcüzələr yaradan nadir şəxsiyyətdir? O, həqiqətən fövqəltəbii zəka sahibidir? Mənə bildirdilər ki, o, və onun nəslindən olanların hamısı müqəddəs bir nəslin övladlarıdır və həmişə müqəddəs hesab olunmuşlar”.
Karl Marks yazırdı:”...Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyaləti fəth etmişdi”. Şah İsmayıl Xətai bütün döyüşlərdə də şəxsən özü iştirak etdiyinə görə bütün bədənində qılınc yaraları var idi.
Tarixçi Həsən Rumlu isə yazırdı: “... Şah İsmayıl müharibə meydanında şir kimi vuruşardı. Ziyafət məclisində isə ağzından dürr yağdırardı”.
Alman səyyahı E.Kempfer yazır: “ Şah İsmayıl dövlətinin ideologiyası xalqın və millətin saf və güclü təbəqəsinin ideologiyası idi”.
M.Ə.Rəsulzadə yazır: “...Şah İsmayılın sarayı Azəri-türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi...”.
Övliya Çələbi yazır: “Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi”.
Nazim Hikmət yazır: “O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar”.
Bu gün bir çoxları bilməsə də Azərbaycanın üç rəngli bayrağının ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirçiliyi; şəriətin əsasında qanunlar yaradaraq – dindarlığı.
Şah İsmayıl təkcə hökmdar deyildi, həm də şəxsiyyətli və ədalətli insan idi. Düşmən də olsa Osmanlıları avropalıların əlinə belə vermək istəmirdi. Hətta Alman və Macarıstan elçiləri onun yanına gəlib Osmanlılara hücum etmək planları barədə danışanda “siz öz aranızda söz ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiz” cavabını vermişdi...
Sultan Səlim öləndə onu döyüş meydanında məğlub etməsinə baxmayaraq , əsl HÖKMDARLARA layiq addım ataraq Səlimin oğlu Sultan Süleymana başsağlığı məktubu göndərmişdir. Məktubda Şahımız yazırdı: “...cənnətin ən ali pilləsində məkan qurmuş ali cənab xaqanın dünyadan köçməsi qəm-qüssəyə batanların düşüncələrində iz buraxdı. Qiyamət gününə qədər əbədi dualar sizinlə olsun”.
Bizim Şahın böyüklüyü də bax bu idi. Öz millətindən olanlara sevgisi və düşmənçiliyi də KİŞİ kimi aparmaq...
Həzrəti Peyğəmbər Hərra mağarasında “Hu!” deyərək, özündən gedən aşiq olduğu kimi, Şah İsmayıl uğrunda bütün qızılbaşlıq sevgisini daşıyan hər kəs də “Ya Hü Şahım” deyir...
Ad günün mübarək, Şahım!