Vaxt.Az

Təbiətə sıx bağlı enerji


 

Portuqaliyada +45,7, Britaniyada isə +40 dərəcə…

Təbiətə sıx bağlı enerji Rusiya qazından xilas olmaq arzusunda olan Avropa bunun optimal yolunu oktyabrın sonuna qədər yeraltı qaz anbarlarına təqribən 80 milyard kubmetrdən çox qaz toplamaqda görürdü. İyulun 13-nə olan məlumata görə, artıq Avropada istismarda olan yeraltı qaz anbarlarının yığım imkanlarının 63 faizə qədəri əldə edilib və yeraltı qaz anbarlarına indiyə qədər 37 milyard kubmetrədək qaz vurulub, ötən mövsümdən qalan qazla birlikdə ehtiyatların həcmi 67 milyard kubmetrədək artıb.

Amma təbiət enerjidən qənaətlə istifadə edilməsi məsələsində Avropanı çətin duruma salıb.

Belə ki, son günlər istilərdən Avropanın bütün cənub ölkələrində meşə yanğınları baş verir. 

İtaliyada son 70 ilin ən quraqlıq yayı keçir.

Portuqaliyada 45,7 dərəcə, İspaniyanın şimal-qərbindəki Monfraq qoruğunda isə 44,9 dərəcə temperatur qeydə alınıb.

Bu iki qonşu Avropa ölkəsində anomal istidən ölənlərin sayı artıq 500 nəfəri keçib. 

Fransanın cənub hissəsində bir neçə gündür ki, meşə yanğınları fövqəladə vəziyyətə gətirib çıxarıb.

Havaların hədsiz isti keçməsi elektrik enerjisinə tələbatı son 4 gündə rekord həddə qədər artırıb. Maraqlıdır ki, yay mövsümü olmasına baxmayaraq Avropanın bəzi ölkələrində yeraltı qaz anbarlarından yanacaq istifadəsi ehtiyat toplamaq həcmlərini üstələyib. 

Ona görə də təbii qazın birja qiymətləri yola saldığımız həftə 1800-1900 dollar arasında ticarət edilib. 

Amma görünür ki, qaz qiymətləri gələn həftə heç də enməyə meylli olmayacaq. Çünki hava proqnozlarına görə, iyulun 19-da Avropanın cənubunda özünə yer eləmiş istilər Avropanın şimalına doğru irəliləyəcək. Həmin gün Britaniya paytaxtında +38, ən yüksək temperatur isə York şəhəri üçün proqnoz edilib – +40.

 





17.07.2022    çap et  çap et