Vaxt.Az
3 gündə 161 nəfər saxlanılıb
Sərxoş sürücülərə qarşı reydlər keçirilir
Bakı şəhərində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirir. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bayram günlərində paytaxt ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədilə yol polisi axşam saatlarında sərxoş sürücülərə qarşı reyd keçirir.
V. Əsədov mart ayının 22-dən 25-dək
paytaxt ərazisində yol polisi tərəfindən 161 sərxoş sürücünün nəqliyyat
vasitəsini idarə etməsi faktının aşkar edildiyini bildirib.
25.03.2014 çap et