Vaxt.Az

“Hər şey çox sadədir”


 

Rusiya SWİFT sisteminin əvəz edilməsi üzərində işləyir

“Hər şey çox sadədir” Rusiya hökuməti beynəlxalq SWİFT maliyyə mesajlaşma sistemindən imtina edilməsi üzərində işləyir. Bu barədə Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Maksim Oreşkin məlumat verib.

“SWİFT ilə hər şey çox sadədir: biz elə edəcəyik ki, buna ehtiyac qalmayacaq. Biz hazırda əsas diqqətimizi xarici iqtisadi fəaliyyəti maksimal səviyyəyə qədər rahat etməyə yönəldirik”, – Oreşkin bildirib.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, gələn həftə Rusiya rəsmiləri Türkiyədən olan tərəfdaşlarla görüşərək ödənişlərin qurulmasını müzakirə edəcək. Oreşkin Çinlə “vəziyyəti kəskin şəkildə dəyişə biləcək” innovativ ideyaların da müzakirə olunduğunu əlavə edib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində “Sberbank” və “VTB” daxil olmaqla bir neçə Rusiya bankı SWİFT sistemindən kənarlaşdırılıb.

Rusiya ərazisində Rusiya Bankının maliyyə mesajlarının ötürülməsi sistemi fəaliyyət göstərir. Bu sistem 2014-cü ildə Krımın ilhaqından və Donbasda silahlı münaqişə başlayandan sonra tətbiq edilib. O zaman Rusiya hökuməti ölkənin SWİFT sistemindən kənarlaşdırılmasının mümkün ola biləcəyini ehtimal etsə də, lakin bu baş vermədi.

 





17.07.2022    çap et  çap et