Bölgədə əhalinin yoxsulluq və digər məişət problemlərindən əziyyət çəkdiyini vurğulayan millət vəkili uzun illər ərzində bu problemlərin aradan qaldırılmamasından təəccübləndiyini deyib.
“Azərbaycan xalqının əsas tələbi Urmiya gölünün bərpa edilməsi və ana dilidir. Azərbaycan ölkənin milli təhlükəsizliyinin təməllərindəndir.
Azərbaycanın iki əsas tələbinə laqeyd yanaşma baha başa gələ bilər, ölkə rəhbərlərindən xahiş edirəm ki, buna diqqət eləsinlər”, – deyə Mahmud Abbaszadə bildirib.