Vaxt.Az

Zelenski həftəyə radikal qərarlarla başladı


 

Ukrayna baş prokuroru, SBU rəhbəri vəzifədən kənarlaşdırıldı

Zelenski həftəyə radikal qərarlarla başladı Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin baş prokurorunu, dövlət təhlükəsizlik xidmətinin rəhbərini vəzifədən kənarlaşdırıb, bu addımlara səbəb göstərilməyib.

İyulun 17-də imzalanmış fərmanlarla Baş prokuror İrina Venediktova və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri İvan Bakanov vəzifədən çıxarılıblar.

“Sxemi” portalının mayda açıqladığı araşdırmaya görə, Bakanov İspaniyada qeydiyyatdan keçmiş özəl şirkətdə aparıcı vəzifə tutmaqla Ukraynanın korrupsiyaya qarşı qanunvericiliyini pozub.

Bakanovun 2015-ci ildən “Nueva Tierra Verde Sociedad Limitada” şirkətində rəis olduğu bildirilirdi.

Ukrayna qanunvericiliyi SBU başçısının özəl şirkətə başçılıq etməsini yasaqlayır.

Bakanov onda xəbəri şərh etməsə də, SBU-nun mətbuat xidmətinin yaydığı məlumatda onun hansısa səhvə yol verdiyini dandığı deyilirdi.

Baş prokurorun vəzifəsini icra etmək Aleksey Simonenkoya tapşırılıb. Simonenko baş prokurorun müavinidir.

Bakanov 2019-cu ilin avqustundan SBU-ya başçılıq edir. Venediktova isə 2020-ci ilin martından baş prokuror idi.

SBU-ya kimin rəhbər gətirildiyini bəlli deyil.

 





18.07.2022    çap et  çap et