Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin həyatına qəsd edilib. Həm sui-qəsdin özü, həm də bu sui-qəsdin araşdırılması ilə bağlı məlumatlar ciddi məxfilik şəraitində saxlanılır. Məlumdur olan odur ki, Nikolay Patruşev axşam işdən sonra, evə gedəndən demək olar ki, dərhal sonra özünü pis hiss edib. Mühafizə xidməti dərhal işə həkimlər briqadasını çağırıb. Müayinədən sonra gələn tibb işçiləri təcili xəstəxanaya yerləşdirmənin zəruri olduğunu bildiriblər və Patruşevi Federal Mühafizə Xidməti əməkdaşları öz nəqliyyatında tibb işçilərinin müşayiəti ilə prezidentə xidmət edən tibb bölməsinə aparıblar. Yardım göstərildikdən sonra Patruşev normal vəziyyətdə evə aparılıb. Onun analizlərinin nəticələri zəhərli maddənin sintetik zəhər olduğunu təsdiqləyib.
Patruşev vaxtında göstərilən tibbi yardım və ehtimal ki, dəri vasitəsilə bədənə daxil olan zəhərli maddənin kifayət qədər yüksək konsentrasiyasının olmaması səbəbindən xilas ola bilib. Bu məlumatın açıqlanmasının fəsadları barədə xəbərdarlıq edilən həkimlər və FMX-nin bir neçə əməkdaşından başqa, FTX rəhbərliyində olan üç nəfər və onların təyin etdiyi, istintaq aparan beş nəfərdən ibarət qrup vəziyyətdən xəbərdardır.
Prezidentə, demək olar ki, lap sonda – Patruşevin həyatı üçün təhlükə olmadığı zaman məlumat verilib. “Sui-qəsdin arxasında kimlər dayanır, hansı motivlər dayanır və ümumiyyətlə, bu qədər yüksək səviyyəli iqtidarı nümayəndəsinə əslində, baş tutmuş sui-qəsdin təşkili necə mümkün olub” kimi suallar araşdırılmaqdadır. Ancaq bir şey aydındır ki, bu, elitada böyük qarşıdurmanın – hakimiyyət və sərvətlərin yenidən bölüşdürməsinin yalnız başlanğıcıdır. Baş verənlərin təfərrüatlarını bilə-bilə əminliklə demək olar ki, bu, tamaşa deyildi. Yəqin ki, zamanla bu sui-qəsd mövzusu ilə bağlı kifayət qədər maraqlı detallar məlum olacaq.