***
“Şərq” qrupu Donetsk istiqamətində hərbi əməliyyatlarda iştirak edir. İndiyədək bu əməliyyatlara kimin başçılıq etdiyi açıqlanmırdı.
Şoyqu təftiş zamanı Donbası Ukrayna tərəfin atəşindən qorumaq əmri verib. Şoyqu özəlliklə Ukrayna ordusunun uzaq məsafəni vuran raket və artilleriya sistemlərini məhv etməyi tapşırıb. Məhz bu sistemlərlə “Donbasda yaşayış məskənləri vurulur, buğda zəmiləri, hətta anbarları qəsdən yandırılır”, – məlumatda deyilir.
İyulun 16-da Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şoyqu “Cənub” və “Mərkəz” qoşun birləşmələrini təftiş edib. Həmin birləşmələrə general polkovnik Aleksandr Lapin və ordu generalı Sergey Surovikinin başçılıq etdiyi açıqlanıb.
***
Rüstəm Muradov 2018-ci ildən Cənub hərbi dairəsi qoşunlarının komandir müavinidir. O, 2017-ci ildə Suriyada hərbi müşavir işləyib, “Rusiya Qəhrəmanı” adını alıb. Ötən ilin mayınadək Dağlıq Qarabağdakı sülhməramlı kontingentə başçılıq edib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.