Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib. Modern.az-ın məlumatına görə, Azər Sarıyev istefasına belə aydınlıq gətirib.
«Son günlər AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri vəzifəsindən çıxmam barədə soruşanlara cavab olaraq bildirirəm:
İşdən özüm çıxmışam. Səbəb:
1. Oradakı şərtlərə və şəraitə uyğunlaşa bilmədim.
2. Övladlarıma təhsil verməklə bağlı hədəflərimə çatmanın mümkün olmayacağını gördüm».
A.Sarıyev bildirib ki, Türkiyədə liseylərin illik yox, aylıq ödənişi ən azı
1000 dollardan başlayır...
«Məni anlayışla qarşıladıqlarına görə AzərTAc-ın rəhbərliyinə və kollektivinə
təşəkkürümü bildirirəm. AzərTAc-ın əsl ustad jurnalistlərin rəhbərlik etdiyi
çox peşəkar və səmimi kollektivi var» - deyə A.Sarıyev qeyd edib.
A.Sarıyev bundan sonrakı fəaliyyətinə aydınlıq gətirməyib.
çap et