Anomal isti hava səbəbindən bəzi qatar yollarında problem yaranıb. Kral Hava Qüvvələrinin Nortondakı aerodromunda uçuş zolağının bir hissəsinin əriməsi səbəbindən uçuşlar dayandırılıb.
Bundan əlavə London yaxınlığındakı Luton hava limanındakı bəzi uçuşlar da isti hava səbəbindən dayandırılıb.
Buna səbəb yüksək temperaturdan sonra uçuş-enmə zolağında müəyyən edilən səth qüsuru olub.
Bu gün Uelsin Havarden kəndində 37,1 selsi temperatur qeydə alınıb ki, bu indiyə qədər qeydə alınan ən yüksək temperaturudur.
Sonuncu dəfə bu cür hava 1990-cı il avqustun 2-də qeydə alınıb.
Qeyd edək ki, Böyük Britaniyada iyul ayında orta maksimum temperatur 19 ilə 24 selsi arasında dəyişir.