Rəsmi məlumata görə iyulun 18-də Narışkini Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.
Onların beynəlxalq və regional təhlükəsizlik, habelə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdikləri xəbər verilir.
Narışkinin İrəvanda Paşinyandan başqa daha kimlərlə görüşməsi barədə məlumat verilmir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəsmi saytında da Narışkinin səfəri barədə məlumat yoxdur. Bu barədə xəbər yayan Rusiya mediası da Ermənistan tərəfinin rəsmi məlumatına istinad edir.
***
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, çox az hallarda xarici səfərlər edən Sergey Narışkin Yerevana ABŞ kəşfiyyatı rəhbərinin səfərindən dərhal sonra gəlib.
Börns ötən cümə günü İrəvanda Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmüşdü.
Bu da xəbər verilirdi ki, bu görüşlər zamanı regional təhlükəsizlik, Türkiyə-Ermənistan və Azərbaycan Ermənistan danışıqlarının gedişi müzakirə olunub.
ABŞ tərəfi Uilyam Börnsün səfəri barədə heç bir açıqlama verməyib. MKİ-dən bildirib ki, qurum öz başçısının səfərlərini şərh etmir.
Bu arada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib ki, onun səfəri ABŞ MKİ-nin direktoru Uliyam Börnsün İrəvana səfəri ilə bağlı deyil.
O bu barədə TASS xəbər agentliyinə deyib: “Mənim İrəvana səfərim dəqiq mənim amerikalı həmkarımın bura səfəri ilə bağlı deyil. Amma mən istisna etmirəm ki, onun bura səfəri məhz mənim səfərimlə bağlıdır”.