Bəli, bu geri dönüş Zəngilandan – Ağalı kəndindən başlayır. İctimaiyyət adətən son məhsulu görür: kənd qurulub və insanlar qayıdır. Amma bu kəndin “Ağıllı” konsepsiyasına uyğun qurulması, yaradılması, ora köçəcək insanların müəyyən edilməsi, onların orda həyat və iqtisadi fəaliyyətinin qurulması üçün bir ildən artıqdır ki, ciddi işlər gedir. Bilirik ki, insanların bir ərazidə yaşaması üçün orada məşğulluğunun, biznes fəaliyyətinin təmin olunması ən vacib faktorlardandır. Məhz bu konteksdən bu işlərin uğurla icrasında KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) ailəsinin böyük əməyi vardı. Və bu əmək KOBİA ailəsinin hər bir üzvü tərəfində böyük sevgilə sərf edilib. Ona görə də bu gün mən və eləcə də KOBİA ailəsinin hər bir üzvü çox sevincliyik.
O ki, qaldı, “19 iyul 2022-ci il” tarixinə, bu tarixin Azərbaycanın tarix kitablarında əbədi yer alacağına heç şübhə etmirəm.