Vaxt.Az

“Bayden üçün həyəcan siqnalı”


 

ABŞ senatoru İranın atom bombası ilə bağlı bəyanatlarını dəyərləndirdi

“Bayden üçün həyəcan siqnalı” Amerika Senatının üzvü Coni Ernst İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Kamal Xərazinin son açıqlamasına münasibət bildirib.

O, Xərazinin nüvə bombası yaratmaq qabiliyyəti ilə bağlı açıqlamalarının Bayden administrasiyası və digərləri üçün həyəcan siqnalı olduğunu deyib.

Senator Ernst Amerika Konqresinə İranın bölgədəki təhdidləri ilə mübarizə aparmağı nəzərdə tutan olan plan təqdim edib.

Qeyd edək ki, Əli Xameneyinin müşaviri Kamal Xərazi və İranın Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Məhəmməd Cavad Laricani İranın atom bombası əldə etmək imkanına malik olduğunu bildiriblər.

 





19.07.2022    çap et  çap et