Vaxt.Az

Ermənistan hərbçiləri Qarabağdan çıxır


 

“Proses sentyabrda başa çatacaq”

Ermənistan hərbçiləri Qarabağdan çıxır “Ermənistan Silahlı Qüvvələrinin müharibəyə görə Qarabağda olan hissələri geriyə, Ermənistana qaytarılırlar. Proses sentyabrda başa çatacaq”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Ermənistanda hərbi xidmətə cəlb olunan çağırışçılar bundan sonra “Qarabağa göndərilməyəcəklər”.

“Eyni zamanda, Ermənistan ordusunda müqavilə əsasında xidmət edənlər də Qarabağa göndərilməyəcəklər”, - A.Qriqoryan deyib. (Milli.az)

 





19.07.2022    çap et  çap et