Vaxt.Az

Pənahi Evin zindanıa köçürüldü


 

Fars-molla rejimi dünya şöhrətli kinorejissoru cəzalandırdı

Pənahi Evin zindanıa köçürüldü Tehranda məhkəmə bildirir ki, kinematoqraf Cəfər Pənahi 12 il öncə hökumətə qarşı nümayişlərə dəstəyinə görə kəsilmiş altı illik həbs cəzasını çəkməlidir.

“Pənahiyə 2010-cu ildə altı illik həbs cəzası kəsilib... ona görə də bu cəzanın çəkilməsi üçün o, Evin həbsxanasına göndərilib”, – ədliyyənin sözçüsü Məsud Sitayişi iyulun 19-da jurnalistlərə deyib.

***

62 yaşlı Pənahi bu ayın əvvəlində həbs olunub. Bu arada İranda isteblişməntə qarşı etirazlar artdıqca hakimiyyət narazıları sıxışdırır.

Həbsindən bir neçə gün öncə Pənahi 200-dən çox kinematoqraf və mədəniyyət fəalı ilə birlikdə rejissorlar Məhəmməd Rasulof və Mustafa əl-Əhmədin həbsini pisləyən bəyanat yayıb.

Pənahi 2010-cu ildə hökm çıxarılandan sonra iki ay həbsdə yatıb. Sonradan ona şərti cəza kəsilsə də bu qərarın ləğv olunma ehtimalı da istisna edilməyib. Buraxılandan sonra Pənahinin rejissorluq etməsi, ssenari yazması, xaricə səyahət etməsi yasaqlanıb.

Kinematoqraf İranın tənqid olunduğu filmlərə görə bir sıra beynəlxalq mükafatlar alıb. 2015-ci ildə “Taksi” filmi Berlində ali mükafata, 2018-ci ildə “Üç sifət” filmi Kannda ən yaxşı ssenariyə görə mükafata layiq görülüb.

Rasulof isə 2020-ci ildə “Şər yoxdur” filminə görə Berlində Qızıl Ayı mükafatı alıb.

 





19.07.2022    çap et  çap et