Vaxt.Az

Əfqanıstanda növbəti zəlzələ


 

Azı 31 nəfər yaralanıb

Əfqanıstanda növbəti zəlzələ Taliban rəsmisinin çərşənbə axşamı bildirdiyinə görə, Əfqanıstanın şərqindəki ucqar bölgədə baş verən zəlzələ nəticəsində azı 31 nəfər xəsarət alıb.

Zəlzələ keçən ay yüzlərlə insanın ölümünə və geniş dağıntılara səbəb olan zəlzələnin baş verdiyi eyni bölgədə olub. Bundan əvvəlki məlumatlarda 10 nəfərin yaralandığı bildirilirdi.

ABŞ-ın Geoloji Xidməti bazar ertəsi baş verən zəlzələnin 5,1 bal gücündə olduğunu bildirib.

Talibanın Baxtar xəbər agentliyinin direktoru Əbdül Vahid Rayan zəlzələnin ölkənin şərqindəki Paktika vilayətinin iki rayonunda baş verdiyini bildirib.

O, Qayyanda 18, Ziruk rayonunda isə 13 nəfərin xəsarət aldığını deyib. “Zəlzələdə xəsarət alanlar arasında qadınlar və uşaqlar da var”, – deyə o əlavə edib.

O, onlarla yaşayış evinin dağıldığını və bazar ertəsi axşamdan etibarən bir neçə yeraltı təkanın olduğunu əlavə edib.

Keçən ay daha güclü zəlzələ ölkədə baş qaldıran daha bir böhrana səbəb olaraq, Talibanın məhdud imkanlarını və təcridini bir daha vurğuladı. BMT rəsmiləri bundan əvvəlki zəlzələ zamanı 770 nəfərin, Taliban isə 1150 nəfərin öldüyünü bildirmişdi.

Milyonlarla əfqanın həyatını xilas edən yardım qrupları iyun ayında baş vermiş zəlzələnin qurbanlarına da yardım göstərsə də, əksər ölkələr Talibanın beynəlxalq yardım çağırışlarına soyuqqanlılıqla cavab verdi.

Əfqanıstan üçün beynəlxalq maliyyənin kəsilməsi ölkənin iqtisadi çöküşü və humanitar böhranı daha da ağırlaşdırıb.

 





19.07.2022    çap et  çap et