Onlar bundan əvvəl may ayında Baydenin Ukraynanın qərbində öncədən elan edilməmiş səfəri çərçivəsində görüşərək, bir məktəbi ziyarət edib, orada Analar Günü üçün hədiyyə hazırlayan şagirdlərlə görüşmüşdülər.
Alena Zelenska bazar ertəsi Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Zelenski və Blinken “Rusiyanın tam-miqyaslı hərbi müdaxiləsinin insan həyatına nəhəng və artan təsiri” barədə danışıblar və Blinken ABŞ-ın Ukraynanı dəstəkləmək öhdəliyini vurğulayıb.
“Dövlət katibi birinci xanım Zelenskananın müharibənin təsirinə məruz qalan ukraynalılara yardım etmək üçün gördüyü işləri alqışlayıb”, Prays deyib. “O bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanı üzləşdiyi əhəmiyyətli iqtisadi və humanitar çətinlikləri həll etmək, o cümlədən birinci xanımın müharibədən təsirlənən vətəndaşlar üçün psixi sağlamlıq təşəbbüsünü dəstəkləmək üçün yardımla təmin etməyə davam edəcək”.
Alena Zelenska həmçinin çərşənbə axşamı Kapitolidə ABŞ qanunvericiləri qarşısında çıxış edəcək.