Vaxt.Az

Nə qədər tullanmaq-düşmək olar?


 

“Sonradan meydana çıxma elə də asan bir şey deyil”

Nə qədər tullanmaq-düşmək olar? Hoca hələ bir ay əvvəl əvəzetmələr barədə fikrini mənə müsahibəsində demişdi. Adam xoşlamır bunu, etiraf da edir. Dünən Toralla Ramilin meydana girib lazımi effekti verməməsinin (hərçənd “Lex”lə oyunda hər şey yaxşı idi və uğurlu alınmışdı) izahını hələ o vaxt vermiş, hətta deyərdim proqnozlaşdırmışdı:

“Əvəzetmələri heç xoşlamıram, çünki sonradan meydana çıxma elə də asan bir şey deyil. Hər futbolçunun fiziologiyası fərqlidir. Mənim özümdə də olub: sonradan meydana buraxıblar, bir-iki sprintdən sonra ayaqlarım “tutulub”. İsinmə hərəkətlərini yetərli deyil, çünki yeknəsək hərəkətlərdi: nə qədər tullanmaq-düşmək olar? İsinirsən, amma meydanın kənarından birbaşa meydanın içinə girirsən. Bu tərs effekt də verə bilər. Bir var ki, hamı ilə birlikdə isinməyə çıxdın, komanda ilə məşq etdin, bir uzun ötürmə verdin, bir dəfə qapıya zərbə vurdun və s. Bu zaman orqanizm tam hazır olur, uyğunlaşır. Bir də var ki, sən kənardasan, isinmə elədin və birdən-birə girdin meydana. Ola bilər ki, sənin orqanizmin buna cavab verməsin. Belədə də, oyunçu sənin məşqçi olaraq düşündüyünü icra edə, tapşırıqlarını yerinə yetirə bilmir və sən burda məğlub olursan. Əvəzetmələr nadir hallarda uğurlu olur. Məndə də olur, amma az halda”.

 





20.07.2022    çap et  çap et