Vaxt.Az

“İran Rusiyaya silah versə, cəzalandırılacaq”


 

Robert Mali: “Nüvə danışıqlarının vaxtı sürətlə sona doğru gəlir”

“İran Rusiyaya silah versə, cəzalandırılacaq” ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Vaşinqtonun nüvə sazişinə qayıtmağa hazır olduğunu deyib. Robert Mali daha sonra İranın danışıqlara qayıtmayacağı təqdirdə daha da təcridlə üzləşəcəyini, Rusiyaya dronlar satması halda isə bunun bədəlini ağır ödəyəcəyi barədə xəbərdarlıq edib.

Amerikanın İranın pilotsuz təyyarələrinin Rusiyaya satılması ilə bağlı narahatlığına toxunan Robert Mali bildirib ki, Rusiyanın Ukraynanı məhv etmək qabiliyyətini artıran hər şey narahatlıq doğurur.

O, pilotsuz uçuş aparatlarının Rusiyaya satılmasını İranın iddialarının əksinə olaraq Rəsmi Tehranın tərəfsiz olmadığını göstərir.

Nüvə danışıqları barədə sualları cavablandıran Robert Mali danışıqlar vaxtının sürətlə bitdiyini deyib.

“İranın bomba hazırlamaq üçün lazım olan materialları əldə etməsinə indi cəmi bir neçə həftə qalıb. Əlbəttə, bu, bomba hazırlamaqdan fərqlidir, çünki bu cür materialların silahlaşdırılmasını tələb edir”, – deyə Mali bildirib.

 





20.07.2022    çap et  çap et