Azərbaycan ordusu Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən Rusiya sülhməramlılarının karvanını 82A zirehli maşın və 3 ədəd “Ura” markalı avtomobillərinin yoxlanılması üçün dayandırıb.
Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.
Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.
Rusların Qarabağa qanunsuz silah daşınmasına şərait yaratdığı bəlli məsələdir. Bu fakt isə silahın birbaşa sülhməramlılar tərəfindən daşındığını təsdiq edir. Və karvanın saxlanılması Bakının bölgədə nəzarəti gücləndirməsindən də xəbər verir. Bunun Azərbaycan Prezidentinin son xəbərdardarlığından sonra olması da diqqətçəkən məqamdır.