Vaxt.Az

Xameneyi “Twitter”də aktivləşib


 

Dini liderin növbəti paylaşımı Rusiya ilə bağlı olub

Xameneyi “Twitter”də aktivləşib İranın rəhbəri Əli Xameneyi özünün “Twitter” hesabında etdiyi paylaşımda dünyada baş verən hadisələrin Rusiya və İranı yaxınlaşmağa məcbur etdiyini bildirib.

O, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəfin xeyrinə olduğunu yazıb.

“Dünyada baş verən hadisələr İran və Rusiyanın qarşılıqlı əməkdaşlıqlarının çoxalmasına ehtiyac olduğunu göstərir.

Uzun müddətli əməkdaşlıqlar hər iki ölkənin mənafeyinə uyğundur. İki ölkə arasında  neft və qaz sahəsi də daxil olmaqla çox saylı razılaşma və müqavilələr mövcuddur. Onlar sona kimi təqib edilib və həyata keçirilməlidir”, – deyə Xameneyi özünün “Twitter” hesabında bildirib.

Qeyd edək ki, Əli Xameneyi bundan öncəki paylaşımında Vladimir Putinlə görüşündə Ukrayna müharibəsi ilə bağlı işlətdiyi ifadələri “Twitter” hesabında paylaşıb.

“Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız qarşı tərəf buna təşəbbüs göstərib və müharibə başladacaqdı”, – deyə, Xameneyi Putinlə görüşündə bildirmişdi.

 





20.07.2022    çap et  çap et