Vaxt.Az

“Uşaqları orduya cəlb edilir”


 

İnsan alveri ilə mübarizədə ən uğursuz ölkə ...

“Uşaqları orduya cəlb edilir” ABŞ Dövlət Departamentinin illik hesabatında İran dünyada insan alverinə qarşı mübarizədə ən uğursuz ölkələrdən biri kimi göstərilib.

“İran hökuməti insan alveri fenomenini aradan qaldırmaq üçün minimum standartlara əməl etməyib və hətta koronavirus epidemiyasının ölkənin insan alveri ilə mübarizə qabiliyyətinə vurduğu təsirləri belə nəzərə alsaq, bu ölkənin ciddi bir addım atmadığını söyləmək olar”, – deyə hesabatda qeyd olunub.

Buna görə də Amerika Dövlət Departamenti İranı Rusiya, Çin Xalq Respublikası, Birma, Kuba, Əfqanıstan, Suriya və Şimali Koreya kimi insan alveri ilə mübarizədə ən aşağı standartlara malik ölkələrin yanında üçüncü kateqoriyada saxlayıb.

Hesabatda qeyd olur ki, İran hökuməti ciddi səylər göstərməsə də, insan alveri probleminin həlli üçün bəzi tədbirlər, o cümlədən bununla mübarizə strategiyaları və planlarını formalaşdırmaq üçün Daxili İşlər Nazirliyində insan alverinə qarşı mübarizə komitəsinin formalaşdırılmasına təşəbbüs göstərib.

“Buna baxmayaraq, İran hökuməti uşaqları orduya cəlb etmək, böyükləri aldatmaq və ya Suriya müharibəsində İran silahlı dəstələri tərkibində radikal qruplara qoşulmağa məcbur etmək siyasətini davam etdirir.

İran hakimiyyət orqanları məhkəmə toxunulmazlığı ilə İranda və xaricdə insan alveri cinayətlərini törət-basdır etməkdə davam edir, onlara məhəl qoymur və bu problemin həlli üçün qanun icraçılarına hesabat vermir”, – deyə, Dövlət Departamentinin hesabatında qeyd olunub.

 





20.07.2022    çap et  çap et