Vaxt.Az

Sabah qüvvəyə minəcək


 

Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib

Sabah qüvvəyə minəcək Litvanın Aİ-dəki daimi nümayəndəsi Arnoldas Prankeviçiusun sözlərinə görə, növbəti məhdudiyyətlərə qızılın idxalına qadağa, yeni ixrac nəzarət tədbirləri, Sberbank aktivlərinin dondurulması, siyasətçilər, hərbçilər, iş adamları və təbliğatçılar da daxil olmaqla 50-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar daxildir.

Daha əvvəl KİV-lər yazmışdı ki, yeni sanksiyalar siyahısına digərləri ilə yanaşı, Moskva meri Sergey Sobyanin, baş nazirin birinci müavini Andrey Belousov, “Rostec”in rəhbəri Sergey Çemezov, aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov, həmçinin “Gecə canavarları” bayker klubunun üzvləri də daxil ediləcəklər. O da bildirilib ki, yeddinci sanksiyalar paketinə Qərbin məhdudiyyətlərinə məruz qalan Rusiya mallarının Litva ərazisindən keçməklə Kalininqrad vilayətinə tranziti qaydalarına düzəlişlər daxil olacaq.

Yeni sanksiyaların Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən sonra iyulun 21-də qüvvəyə minəcəyi gözlənilir. Aİ-nin əvvəlki, altıncı sanksiyalar paketi iyunun əvvəlində təqdim edilib. Buraya Avropa İttifaqı tərəfindən Rusiya neftinin mərhələli şəkildə dayandırılması daxildir.

 





20.07.2022    çap et  çap et