Vaxt.Az

“Hərbi əməliyyatlar həlledici mərhələdədir”


 

ABŞ müdafiə naziri: “Rusiyanın tab gətirəcəyi düşüncəsi sonuncu səhvlərindədir”

“Hərbi əməliyyatlar həlledici mərhələdədir” “Ukraynada hərbi əməliyyatlar həlledici mərhələyə qədəm qoyub. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyət kəsb edir və təcili olmalıdır”. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Rəsmi Kiyevə hərbi yardımı koordinasiya edən qrupun iclasında çıxış edən L.Ostin bildirib ki, Rusiya Ukraynadan, onun müttəfiqlərindən daha çox tab gətirə biləcəyini düşünür, lakin bu, onun ən son səhvlərindədir.

O əlavə edib ki, təmas qrupu Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstək vermək üçün yeni yollar tapmağa davam edəcək.

Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərbin onlara verdiyi HİMARS, M-270 reaktiv yaylım atəş sistemləri və 155 mm-lik haubitsalarla ustalıq nümayiş etdirib. O qeyd edib ki, bu vasitələr Donbasdakı döyüşlərdə həlledici əhəmiyyətə malikdir. (report.az)

 





20.07.2022    çap et  çap et