Moskva isə artıq Sibir istiqamətində hava hücumundan müdafiə qüvvələrini gücləndirmək qərarı verib. 2022-ci ilin sonuna qədər təkmilləşdirilmiş S-300 “Favorit” sistemləri Sibir hava hücumundan müdafiə bölməsinə təhvil veriləcək. Rusiyanın bu bölgədə hava hücumundan müdafiə qüvvələrini nə üçün gücləndirdiyi məlum deyil. Rusiyalı hərbi ekspertlər Qazaxıstanın Rusiyanı arxadan vuracağı ehtimalının olmadığını bildirsələr də, ehtiyat tədbirləri görməyi məqsədə uyğun hesab edirlər.
Rusiyanın işğal etdiyi Krımda da vəziyyət sürətlə pisləşir. Rusiyanın təbliğat maşını Krım tatarlarını terrorçu elan etməyə başlayıb: “Krım tatarları terrorçudur, çünki onların 80 faizi Hizb-ut-Təhrir-i dəstəkləyir”. Son günlər Krımda dirəklərə gizlin şəkildə Krım tatarlarının milli bayraqlarının asılması müşahidə olunur. Moskva Krımda baş verənləri narahatlıqla izləyir və milli müstəvidə münaqişə çıxacağından qorxur.
Belə bir vəziyyətdə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın Rusiyadan istədiyi 5 milyard dolları almayacağı halda Tacikistana, daha sonra Rusiyaya hücum edəcəyi iddiaları yayılır.
ABŞ ukraynalı pilotların “F-15” və “F-16” qırıcı təyyarələrinin idarə olunmasını öyrənmələri üçün 100 milyon dollar ayırır.
ABŞ-ın Helsinki Komissiyası isə Rusiyanın parçalanmasını müzakirə edir.
Rusiya müxalifəti isə həyəcan təbili çalır ki, Ukraynadakı müharibənin davam etdirilməsi Rusiyanın istənilən qüvvə qarşısında müdafiəsiz duruma düşməsinə səbəb olacaq.