Vaxt.Az
Krım olayları Gürcüstana sıçradı
Tiflisdə Cavaxetiya ermənilərinə Rusiya pasportları paylanılır
Tiflisdə Cavaxetiya ermənilərinə Rusiya pasportları paylanılır. APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya çıxış edib.
O qeyd edib ki, Rusiya səfirliyinin
vaxtilə yerləşdiyi binanın qarşısında növbələr müşahidə olunur. K.Qamsaxurdiya
bildirib ki, onların əksəriyyəti Cavaxetiya bölgəsindən gələnlərdir.
«Gürcüstanda yaşayan ermənilərin
əksəriyyəti artıq Rusiya pasportlarını alıb. Onlara pasportlar vauçerlər kimi
paylanırdı», - deyə o vurğulayıb.
26.03.2014
çap et