Vaxt.Az

Yoluxma 300-ü keçdi


 

175 nəfər sağalıb

Yoluxma 300-ü keçdi Azərbaycanda koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 21-də verilən məlumata görə, 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 410 aktiv xəstə var. Bu günə qədər 9 729 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 484, bu günə qədər isə ümumilikdə 7 015 080 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

 





21.07.2022    çap et  çap et