Vaxt.Az

Ev almaq istəyənlərin tələbləri dəyişib


 

Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri

Ev almaq istəyənlərin tələbləri dəyişib Daşınmaz əmlak sektoru üzrə ekspertlər deyir ki, post-pandemiya tendensiyaları hələ də ABŞ daşınmaz əmlak bazarında hökm sürür. Ev qiymətləri iki il öncə ilə müqayisədə təxminən 30 faiz artıb.

Ekspertlərin dediyinə görə, COVİD-19 pandemiyası Amerika boyu daşınmaz əmlakda bir buma səbəb oldu ki, bu bum hələ də davam edir.

Onlayn daşınmaz əmlak bazarı olan “Zillow” şirkəti bildirir ki, 2020-ci ilin yanvarında pandemiya başlayandan bəri evlərin qiymətləri təxminən 30 faiz artaraq, ortalama 350 min dollara çatıb.

Bir çox ev sahibi köçməkdən çəkinir.

“Pandemiya zamanı COVİD-ə məruz qalmaqdan qorxduqları üçün çox az satıcı evlərini bazara çıxarmaq istəyirdi. Ona görə inventar azaldı. Lakin mileniallar pandemiya zamanı ev almaq, daha böyük ev ofisinə sahib olmaq istəyirdilər. Bu səbəbdən də tələbat artdı...” – deyə, Vaşinqton bölgəsində əmlakçı Ceyn Feirvezer bildirir.

Bu arada isə ev sahibləri evlərinin yeni tələbatlarına uyğun gəlməsini istəyirlər.

“Pandemiya zamanı iki şey üçün tələbin artdığını gördük: biri açıq havada istirahət üçün məkan, ikincisi isə ev ofisi üçün məkan”,  “Bowers Design Build” şirkətinin vitse-prezidenti Vilma Bauers deyir.

Ev inventarı və kommersiya ofislərinə tələbatın aşağı olması yaşayış binaları və mənzillərə tələbatı artırıb.

Kommersiya əmlakının menecment şirkəti Kastle Systemsin bildirdiyinə əsasən, iyun ayına olan məlumata görə, pandemiyadan əvvəlki zamanla müqayisədə, ABŞ -da işçilərin yalnız 44 faizi iş yerlərinə geri dönüb.

“Sistemdə ofis binaları tikintisindəki boşluq yaşayış binaları ilə doldurulub və onların sayı çox artıb”, – “Donohoe Development” şirkətinin vitse-prezidenti Cad Donoho deyir.

İnşaatçılar pandemiyanın səbəb olduğu tələbatları nəzərə alırlar. Buna liftlər kimi dar yerlərdə fiziki təması minimuma endirən texnologiya və ortaq ofis məkanları daxildir. Onlar həmçinin daha çox açıq yaşayış sahələri, o cümlədən eyvanlar, aynabəndlər və oyun meydançaları yaradırlar.

Virciniyada qərargahlanan “Highland Square Holdings” Vaşinqton ətrafında bu cür iki mənzil binası inşa edib və əlavə dörd bina da tikir.

“Bizim mənzillərin hər biri qanuni olaraq həm yaşayış yeri, həm də iş yeri, həm hər ikisi üçün istifadə oluna bilər”, – şirkətin baş icraçı direktoru Robert Seldin deyir.

Digərləri isə inanır ki, insanlar əvvəl-axır başqa cür dizayn olunmuş iş yerlərinə dönəcəklər.

“İş yerinə və ya ona bağlı olan yerlərdə daha çox yemək və içki üçün seçimlər veriləcək, məsələn indiyə qədərkindən daha yaxşı istirahət otaqları olacaq. Onlara uşaq bağçasından tutmuş it baxımına və fitnes mərkəzlərinə qədər hər şey veriləcək”, – “BOKA Powell” şirkətinin direktoru Endrü Bennett deyir.

Çox sayda otel və ofis məkanları da artıq mənzil komplekslərinə çevrilir, çünki bir çox insan pandemiyadan sonrakı dövrdə yeni yaşayış tərzinə uyğunlaşır.

 





21.07.2022    çap et  çap et