Rusiyanın Ukraynadakı müharibəsinin yaratdığı gərginlik səbəbindən Almaniya rəsmiləri ehtiyat edirdilər ki, “Şimal axını-1” kəməri yenidən açılmaya bilər.
Kəmər iyulun 11-dən illik təmir işlərinə bağlanmışdı.
“Nord Stream AG” operator şirkətinin məlumatına görə, iyulun 21-dən kəmərlə qaz axını bərpa olunur, ancaq həcmin artması bir müddət çəkə bilər.
Rusiyanın “Gazprom” şirkəti təchizatın kəmərin gücünün 30 faizi həcmində olacağını bildirib.
Şimal axını- 1 Almaniyaya Rusiya qazı nəql edən əsas mənbədir. Rusiya Avropanın ən böyük iqtisadiyyatının qaz təchizatının təxminən üçdə birini təmin edir.