Mayın 23-də qismən tamamlanmış onmərtəbəli Metropol binasının çökməsi qəzəbli etirazlara səbəb olub. Etirazçılar ölənlərin ailələri ilə həmrəylik bildirib, hökuməti səhlənkarlıqda, endemik korrupsiyada ittiham edib.
Baş prokurorun müavini Qulam Abbas Turki iyulun 21-də deyib ki, Metropol layihəsində 4.5 faizlik payı olan Abadan şəhər administrasiyası hadisəyə görə böyük məsuliyyət daşıyır. Çünki onun tikintidə iştirakı bələdiyyənin “nəzarətçi vəzifəsinə” etinasız yanaşmasına səbəb olub.
Turki onu da deyib ki, şəhər administrasiyası və tikinti işinin texniki nəzarətçiləri “saysız nöqsanlara və çatışmazlıqlara” görə günahkardır.
Son illər İranda bir neçə bina çöküb. Ekspertlər bu insidentləri əsasən təhlükəsizlik standartlarına sayğısızlıq, urban idarəçilikdə korrupsiya ilə əlaqələndirir.
2017-ci ildə paytaxt Tehranda 20 mərtəbəli “Plasco” binasında yanğın, daha sonra çökməsi nəticəsində 20 nəfər, o cümlədən 16 yanğınsöndürən həlak olub.