Erməni ekspertlər müxalifətin iki aydan çox davam edən etirazının nəticə verməməsinin səbəblərini araşdırırlar. Gəldikləri qənaət budur ki, əhalinin böyük hissəsi etirazlara qoşulmağa və Paşinyanı devirməyə həvəsli deyil. Buna görə müxalifət küçəyə nəzərdə tutduğu qədər insan çıxara bilmədi. Bu o demək deyil ki, əhalinin böyük hissəsi Paşinyana dəstək verir, sadəcə əhali alternativin keyfiyyətinə inanmır. Ekspertlərin bir qismi etirazın nəticə verməməsini həm də onunla əsaslandırır ki, ümummilli məsələlər (Qarabağ və Türkiyə ilə dialoq nəzərdə tutulur) artıq əhalini maraqlandırmır. Narazı ermənilərin bir qismi mübarizənin nəyisə dəyişəcəyinə inamları olmadığına görə etiraza qoşulmaqdansa Ermənistanı tərk etməyə üstünlük verirlər. Kasıbları Rusiyaya, digərləri Avropa və ABŞ-a üz tuturlar.