Agentlik qeyd edir ki, belə bir proqnoz Şərqi Afrikanın yeddi ölkəsinə aiddir. Xüsusilə, Somali və Cənubi Sudanda təxminən 300 min insan ciddi ərzaq qıtlığı ilə üzləşəcəyi gözlənilir.
Somalidə səkkiz rayon sentyabr ayına qədər geniş yayılmış məhsul çatışmazlığı, mal-qara problemləri, həmçinin ərzaq qiymətlərinin artması və kütləvi humanitar yardımın olmaması səbəbindən aclıq təhlükəsi ilə üzləşib.
Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer regiondakı böhrana diqqət çəkmək üçün Şərqi Afrikaya səfər edir. Səfər zamanı Pauer ölkələri regionda “aclığın qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə” çağırıb.
Qeyd olunub ki, bu həftənin əvvəlində o, Efiopiya, Somali və Keniya xalqlarına ərzaq yardımı göstərmək üçün 1,2 milyard dollar ayrıldığını açıqlayıb. (report.az)