Vaxt.Az

Ermənistan parlamentinə hücum


 

Silahlı şəxs özünə qəsd edib

Ermənistan parlamentinə hücum Bu gün günorta saatlarında əli silahlı şəxs İrəvanda parlament binasına hücum çəkib. «Axar.az» erməni mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs ona yardım etməyəcəkləri təqdirdə özünü öldürəcəyini deyib.

Şahidlərin sözlərinə görə, silahlı şəxs köynəyini qaldıraraq qarnına xəsarət yetirə bilib. Sonradan təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirə biliblər.

Onun bu addımı atmasına səbəb isə maddi çətinliyi olub. Jurnalistlərə açıqlamasında bildirib ki, saxlaya bilmədiyi üçün 2 övladı internatda qalır.

 





26.03.2014    çap et  çap et