Vaxt.Az

“Red Bull” daha sürətli görünür


 

“Mersedes”lərdə isə irəliləyiş yoxdur

“Red Bull” daha sürətli görünür “Ferrari” yaxşı komanda işi ilə poul qazandı. Şarl Lekler də Azərbaycandan sonra ilk dəfə pouldan yarışa başlayacaq. Sabah “Ferrari” təkər yeyilməsini yaxşı idarə eləsə, növbəti qələbə gələ bilər, amma yarış dünən yarış tempində “Red Bull” daha sürətli görünürdü.

Verstappenə gəldikdə yenə deyirəm, əgər Avstriyadakı kimi təkəri tez yesə, Leklerin arxa qanadını belə görməyəcək.

“Mercedes”lər yenə gözləntiləri qarşılaya bilmədi. Bəlkə də, təkərləri gec qızdırdıqları üçündür. Sıralanma turunda onları geriyə salan bu amil sabah yarışda onlara çox kömək ola bilər. 

Karlos Sayns isə sabah yarışa son sıradan başlayacaq. O geridən başlayanda pis yarışmır. Məncə, ən pis halda 6-cı olacaq.

 





23.07.2022    çap et  çap et