Vaxt.Az

İran indi də Türkiyə ilə başlayıb...


 

Sərt bəyanatla terrorçuları müdafiə edənin kimliyi bilindi

İran indi də Türkiyə ilə başlayıb... İran molla rejimi sakit durmur yenə. 2-3 ay idi, “Allahı müdafiə”, “Tərtər işi”, şəhidlər, qazilər və s. adı və bəhanələrilə Azərbaycanı qarışdırmaq istədi, alınmadı. Xalq və dövlət sərt təpki verdi.

İndi keçib, Yaxın Şərq, Suriya, İraq bölgəsinə və burada da, bölgənin lideri Türkiyə ilə toqquşur. Bəlkə də bu, ona hansısa tərəfin buyruğudur. 

Bu yaxında, Tehranda Suriya prosesi üzrə, İran, Türkiyə, Rusiya prezidentlərinin 3 tərəfli görüşü oldu. Və Suriya məsələsində tərəflərin arasında  ümumi razılıq alınmadı. Hər kəs öz fikir, marağı mövqeyində qaldı. Xüsusilə də, İran və Türkiyə prezidentlərinin mövqe və çıxışları təzadlı oldu.

– İranın Prezidenti İbrahim Rəisi: Rəsmi Tehran Suriyanın ərazi bütövlüyü tərəfindədir. Suriya müstəqilliyi toxunulmazdır. Bu məsələdə rəsmi Tehran hər zaman da Suriyanı dəstəkləyəcək!

– Prezident Rəcəb Tayyib Ərdoğan bəyan etdi: Türkiyə heç nəyə baxmadan Suriyada məskən salan bütün terror təşkilatlarını tamamilə məhv etməkdə qərarlıdır və bu işini davam etdirəcək!

Bu tərs mütənasib bəyanatlardan sonra, dərhal, hələ Ərdoğan və Putin Tehranda ikən, İran dini lideri Xameneyi Azərbaycan-Naxçıvan-Türkiyəni birləşdirən Zəngəzur dəhlizinə qarşı öz, təhdid dolu çıxışını etdi. Göründü ki, Ərdoğanın terror qruplarına qarşı sərt təpkili mövqeyində qalma bəyanatı İran rejimini bərk narahat edib. Və bu da göründü ki, terrorçuları dəstəkləyən kimdir.

Hələ, bu, mayın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxacaqlarını da açıqlamışdı.

Və bu andan anti-Türkiyə, cılız təxribatlı, geniş cəbhəli kampaniyası başlandı. Xameneyi çıxışının ertəsi günü, İraqın şimalında Duhok bölgəsinin istirahət zonasına PKK tərəfdən ehtimal edilən raket atıldı 9 nəfər ölü, xeyli də yaralı nəticə ilə.  Dərhal təbliğata başlandı ki, bunu Türkiyə tərəf edib. Halbuki, Türkiyə, heç zaman dinc əhaliyə zərbə vurmayıb. Vursa, indiyədək bunu edərdi. Türkiyə hökuməti iddianı tamamilə təkzib etdi. 

Və İraqda, Kərbəlada, Tehranda və s. Türkiyəyə qarşı şiələrin kəskin etirazlarının təşkili başladı. İranyönlü mətbuat, dindarlar, təbliğat hərəkətə keçdi dünyaya səs salmaqla. Türkiyəyə qarşı eynilə, “Azərbaycanda Allah təhqir edilir” kampaniyası kimi, cılız şivənlik işini aparırlar.

İran artıq, Suriyada da öz hərbi terror aktivliyini   artırıb. Və dərhal da İsraildən cavab alıb, orada hərbi obyektlərinin bombalanma, vurulması ilə. Türkiyə hərbi bazasına raket atəşi göstərdi ki, iranyönlü kürd terrorçular da son günlər daha aktivdirlər.

Və dünən də yenidən İran parlamentinin Xarici Əlaqələr Komitə sədri Şəhriyar Heydari Türkiyə dövlətinə qarşı Zəngəzur dəhlizi və həm Suriya prosesləri ilə bağlı təhdidli bəyanatla çıxış edib. 

Görünür ki, İran Türkiyənin Suriyada antiterror əməliyyatına qarşıdır. Bu isə, PKK, YPG terrorçu birləşmələrin Türkiyəyə qarşı silahlı həmlələrinə  razılıq və dəstək deməkdir. Və o da görünür ki, İran rejimi həmişəki kimi müxtəlif ölkələrə qarşı apardığı nəticəsiz kampaniyanı, indi, Türkiyəyə qarşı aparır. Və yeni sərt təpkini isə Türkiyədən alıb, yerinə oturacaq. Türkiyə Suriyanın şimalını bürümüş, ölkəsinə təhlükələr yaradan PKK/YPG qruplaşmalarına qarşı sərt, antiterror əməliyyat tədbirində israrlıdır və uğurla həyata keçirəcək!

 





25.07.2022    çap et  çap et