Siyasi, biznes, güc qurumları və hərbi elita, xüsusilə də prezidentin yaxın ətrafı son vaxtlar Putinin qərarsızlığından narazılıqlarını nümayiş etdirərək, qərarların vaxtında verilmədiyini qeyd ediblər. Məsələn, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir neçə nəfərin iştirakı etdiyi toplantıda deyib ki, prezidentin mütəmadi olaraq keçirdiyi “boş” görüşlərdə iştirak etməkdə heç bir məna görmür. Baş Qərargahın və Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələri də son vaxtlar prezidentin gecikmiş qərarlarını, hətta cəbhədəki vəziyyəti dəyişməyə və “yaxşılaşdırmağa” qadir olan mühüm qərarların təsdiqlənməməsini də müzakirə edirlər. Bu mənada onlar getdikcə bu ilin əvvəlində Qazaxıstandakı böhran vəziyyətini xatırlayırlar. O zaman Putin istər Qazaxıstanın şimal hissələrinin, istərsə də bütün ölkənin ilhaqına hazırlaşmaq üçün “aydın” göstəriş vermiş və nəticədə hazırlanan qərarlardan heç biri icra edilməmişdi. Bu isə prezidentin qətiyyətsizliyi kimi güc strukturlarının rəhbərliyində narazı giley-güzar yaratmışdı.
İndi Putinin qərarlarının olmamasına görə güc strukturlarında və hərbi elitada qəzəb o qədər aydın olunur ki, getdikcə daha tez-tez tənqidi rəylər prezidentin mənfi reaksiyasına səbəb ola biləcəyini nəzərə almadan yüksək səslə ifadə olunur. Müharibədə uduzmaq və rejimin sonradan dağılması ehtimalı artıq Rusiya Federasiyası Prezidentinin Administrasiyasında ciddi müzakirə olunur və Prezident Administrasiyasında vəziyyətin ümidsizliyini başa düşmə əmsalı güc strukturları və ordu ilə müqayisədə daha yüksəkdir. Putin həqiqətən, çox vacib, amma həlledici şəxs deyil, o, səkkiz il ərzində böyük müharibəyə qərar verib, ona görə də prezidentin verəcəyi bütün qərarlar əvvəlki qırarlar kimi olmayacaq.
Bu arada ABŞ-dan da Kremldəki proseslərə dair rəylər gəlməkdədir. MKİ-nin direktorunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin iyulun 22-dən iyulun 23-nə keçən gecə təcili tibbi yardıma ehtiyac duyub. Gecə saat bir radələrində iqamətgahda növbətçi olan tibb işçiləri prezidentin yanına çağırılıb. Putin şiddətli ürəkbulanmadan şikayətlənib. İyirmi dəqiqədən sonra prezidenti müalicə edən həkimlərindən əlavə həkim briqadası da çağırılıb. Məlumdur ki, həkimlər yardım göstərərək üç saat Putinin yanında olublar və prezidentin vəziyyəti yaxşılaşdıqdan sonra onun otağını tərk ediblər.
Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyəti ilə əlaqədar bu həftə qərar qəbul edilib, lazım gələrsə, prezidentin şəxsi iştirakı nəzərdə tutulan bir sıra tədbirlərdə o, oxşarı ilə əvəzlənəcək. Video format görüşlərdə isə Deepfake texnologiyası tətbiq olunacaq. Deməli, “çox sağlam” kimi təqdim edilən Putinin yaxın gələcəkdə “həddən artıq canlı” olduğu ortaya çıxa bilər.