Bu ilin yazının ortalarından başlayaraq Putin təhlükəsizlik qüvvələrinin təmizlənməsi ideyasını yenidən gündəmə gətirib və eyni zamanda, təxirə salınmış plan geri qaytarılaraq yenilənənb və yekunlaşdırılıb. Güc strukturlarında müqavimət və böhran yaratmamaq üçün mərhələ-mərhələ təmizləməyə hazırlaşırlar. Onlar əvvəlcə DİN-i mərhələlərlə və dalğalarla “təmizləyəcəklər”, əvvəlcə Putinin dediyi kimi “yuxarıları darayacaqlar”, sonra isə orta və aşağı səviyyələri, sonra yenidən nazirliyin rəhbərliyinə qayıdacaqlar. Oktyabr ayına kimi yekunlaşdıracaqlar. Sentyabrda Müdafiə Nazirliyi və Baş Qərargahın eyni qaydada - yuxarıdan aşağıya və yenidən rəhbərliyə qədər incəlməsinə başlamaq planlaşdırılır. Kolokoltsev, Şoyqu və Gerasimov əsas qərarlar qəbul etmək imkanı olmadan yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini nominal olaraq qoruyacaqlar.
Putin şəxsən bir daha FTX direktoru Bortnikova söz verib ki, onu bu ilin oktyabrın 17-də tutduğu vəzifədən azad edərək, layiqli istirahətə göndərəcək, Bortnikov dəfələrlə prezidentdən bunu etməyi xahiş edib. Plana görə, FTX-nın təmizlənməsi noyabrın 14-də başlayacaq və yeni direktor təyinatı ilə pərdələnəcək, necə deyərlər “yeni süpürgə, yeni qaydada süpürür”. Oktyabrın 17-də ölkəni yenidən bəlkə də ən vacib təyinat gözləyir. Putin FTX direktoru ilə eyni vaxtda Dmitri Patruşevin baş nazir təyin edilməsi ilə hökuməti istefaya göndərməyi planlaşdırır. 19 dekabr 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin martında Rusiyada növbədənkənar prezident seçkilərini elan etməlidir. Planlar əsas aktorlarla razılaşdırılıb və Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.
Bu məlumatların nə dərəcədə doğru və ya “fake” olduğunu müəyyən etmək indi bizim üçün çətindir. Ona görə də bizə yalnız bu deyilənləri unutmamaq şərtilə gözləmək qalır. Hər şey ola bilər. Müharibədə məğlubiyyət də, saray çevrilişi də, sui-qəsd də, ağlımıza gəlməyən digər variantlar da. Bütün hallarda elə də çox zaman qalmayıb. Tezliklə bu planların necə həyata keçiriləcəyini və ya düzəldiləcəyini görəcəyik.