Vaxt.Az

İranın hava yolları iflic olub


 

170-dən çox sərnişin təyyarəsi sıradan çıxıb

İranın hava yolları iflic olub İyulun 25-də Zaqros Hava Yollarının direktoru İrandakı 333 sərnişin təyyarəsinin 50 faizindən çoxunun uçuşdan çıxarıldığını deyib.

Zaqros Hava Yollarının rəhbəri Əbdülrza Musəvi hava donanmasının yarıdan çoxunun sıradan çıxmasının səbəbini  İranın aviasiya sənayesində mövcud olan problemlərlə bağlı olduğunu söyləyib.

Ötən il Aviaşirkətlər Assosiasiyasının direktorlar şurasının sədr müavini Əlirza Bərxor sıradan çıxmış təyyarələrin təmiri və istismarı üçün aviaşirkətlərə kömək istəyib.

Alirza Bərxor 2021-ci ilin payızında verdiyi açıqlamada bildirmişdi ki, mövcud təyyarələrin 170-dən çoxu “lazımi maliyyə resurslarının yoxluğu və sanksiyalardan dolayı lazımi hissələri təmin etməyin mümkün olmamaması səbəbindən istifadəsiz qalıb.

“İranın hava yolları iflas ərəfəsindədir və süni tənəffüslə ayaqda saxlanılıb”, – deyə, o bildirmişdi.

Ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır, ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

 





27.07.2022    çap et  çap et