Vaxt.Az

“İran nüvə silahına hər zamankındən daha yaxındır”


 

Təhlükə bütün dünyanı təhdid edir, BMT isə susur

“İran nüvə silahına hər zamankındən daha yaxındır” İsrailin BMT-dəki səfiri Gilad Erdan İranın nüvə silahına hər zamankından daha yaxın olduğunu deyib. O, bu təhlükənin təkcə regionu deyil, bütün dünyanı təhdid etdiyini, BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə heç bir addım atmadığını bildirib.

Gilad Erdan iyulun 26-da Təhlükəsizlik Şurasının iclasında Yaxın Şərq məsələlərinə dair xəbərdarlıq edərək İranın nüvə silahına həmişəkindən daha yaxın olduğu barədə xəbərdarlıq edib.

“Nüvə danışıqlarında İranın davranışını təhlil etməyə ehtiyac yoxdur.

Biz reallığı öz gözümüzlə görürük. Reallıq budur ki, İran rejimi bu razılaşmaya qayıtmaq istəmir.

Tehran hökuməti hər zaman olduğu kimi beynəlxalq öhdəlikləri pozmağa davam edir”, – deyə, İsrailin BMT-dəki səfiri qeyd edib.

 





27.07.2022    çap et  çap et