Məlumata görə, Böyük Britaniyanın baş naziri Boris Conson və İsrailin keçid dövrü baş naziri Yair Lapid iyulun 26-nda bu barədə anlaşıblar.
İsrailin “Maariv” qəzetinin yazdığına görə, Yair Lapid Boris Consona deyib ki, İrana təzyiqləri gücləndirməklə və etibarlı hərbi variant göstərməklə İranın nüvə ölkəsinə çevrilməsinin qarşısı alınmalıdır.
Baş nazir Boris Consonun ofisinin rəsmi bəyanatında iki liderin telefon danışığında razılığı vurğulanıb.
Yair Lapid isə İsrailin nüvə danışıqlarının canlandırılmasının əleyhinə olduğu barədə fikirlərini Consonla telefon danışığında da təkrarlandığı bildirib.