ABŞ Geoloji Xidməti bildirir ki, zəlzələnin episentri Luzon adasındakı Abra əyaləti 10 kilometr dərinliyində olub.
Rəsmilər Abra əyalətində onlarla binanın dağıldığını və ya ciddi zərər çəkdiyini bildirir. Əyalətin Vitse Qubernatoru “Facebook”da yayımladığı fotolarda qarşısında çuxur yaranmış xəstəxananın ətrafında sakinlərin və xəstəxana heyətinin yığıldığı görünür.
Zəlzələnin yaratdığı dalğalar episentrdən təxminən 300 kilometr cənubda yerləşən paytaxt Manilada da hiss olunub.
Ölkə prezidenti Ferdinand Markos qısa mətbuat konfransında jurnalistlərə zəlzələnin “çox güclü” olduğunu və ofisindəki çilçıraqların hərəkət etməsinə səbəb olduğunu bildirib. O həmçinin əlavə edib ki, bölgədəki vəziyyətə dəyərləndirmək üçün cümə axşamı Abra əyalətinə yola düşəcək.
Son zəlzələdən əlavə, Filippin hər il 20-yə yaxın fırtına və tayfuna məruz qalır ki, bu da onu dünyanın ən çox təbii fəlakətlərə məruz qalan ölkələrindən biri edir.