Son zamanlar adıçəkilən binanın Əmək və Sosial Müdafiə Nazirliyinin (ƏSMN) balansına verilməsi ilə bağlı informasiyalar yayılır. Bu səbəbdən ayrı-ayrı media qurumları nazirliyə sorğu göndərib. Nazirlik müraciətlərə cavabında məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Toplantıda həmçinin razılaşdırılıb ki, müxtəlif media orqanları bu məsələ ilə bağlı sorğuları ƏSMN-ə intensivləşdirsin. Bununla yanaşı, üçüncü binanın gələcək taleyini aydınlaşdırmaq üçün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla görüşmək barədə razılığa gəldik.
Jurnalistlər üçün inşa edilən üçüncü bina Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə tikilib. Artıq iki ildir yaşayış üçün tam hazır olan bina ətrafında dolaşan müəmma hələ də davam edir. Media nümayəndələri məsələni aydınlaşdırmaq üçün digər rəsmi qurumlar və vəzifəli şəxslərlə görüşlər keçirmək barədə razılığa gəlib. Sonda görüləcək bütün işlər barədə müntəzəm şəkildə ətraflı məlumat veriləcəyi qeyd olunub.